"Barselona"nın prezidenti: "Messi 2025-ci ildə də oynayacaq"

"Barselona"nın prezidenti: "Messi 2025-ci ildə də oynayacaq"

 

"Barselona"nın prezidenti Xosep Bartomeu kapitan Lionel Messinin komandada qalacağını növbəti dəfə bəyan edib.

Apasport.az saytının məlumatına görə, Bartomeu argentinalı superulduzla yeni müqavilə ilə bağlı danışıqların davam etdiyini vurğulayıb.

Prezident hətta Leonun uzun illər oynayacağına əmindir: "Biz Messi ilə danışıqları davam etdiririk. Lionel karyerasını burada bitirmək istəyir və onun "Barselona"da qalacağına şübhəm yoxdur. Hər il yeni bir şey göstərir və hamıdan çox qollar vurur. Messi komandanın istənilən oyun üslubuna uyğunlaşır və matçlarda çıxışı ilə əlavə üstünlük gətirir. Onun 2025-ci ildə də oynayacağını asanlıqla təsəvvür edə bilirəm".

Qeyd edək ki, Lionel Messi cari mövsüm ümumilikdə 40 oyunda 27 qol vurub, 23 məhsuldar ötürmə verib.

Mənbə: apa.az