"Barselona”nın prezidenti Xosep Mariya Bartomeu Xavi barədə danışıb. Kaspi.az xəbər verir ki, Xavinin "Barsa”nın baş məşqçi postuna gətiriləcəyi ilə bağlı məlumatlar yayılır. Bartomeu onun gec-tez bu postu tutacağını bildirib: "Gec və ya tez, Xavi "Barselona”nın baş məşqçisi olacaq. Ancaq biz hazırda baş məşqçi axtarmırıq. Setenlə yola davam edirik. Biz qeyri-tipik mövsüm keçirirk. Avqustda da oynayacağıq və baş məşqçi də o olacaq. Əgər "Napoli”yə qalib gəlsək, Lissabona gedəcəyik”. Bir müddət əvvəl Xavi "Barselona”da çalışmaq istədiyini bildirmişdi.
Mənbə: kaspi.az