Milliləşdirilmiş futbolçumuzdan paylaşım: "Şəhidlər ölməz, vətən bölünməz"

Milliləşdirilmiş futbolçumuzdan paylaşım: "Şəhidlər ölməz, vətən bölünməz"

"Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Fanat.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanov "Instagram"da yazıb.

29 yaşlı milliləşmiş hücumçu "Instagram"da "Neftçi"də çıxış etdiyi dönəmdəki fotosunu paylaşıb. Ruslan Qurbanovun formasının üzərində "Şəhidlər ölməz, vətən bölünməz" yazılıb.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 4 hərbçisi şəjid olub. Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir. Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

Fanat.Az

Mənbə: fanat.az