Azərbaycanı avrokubokda təmsil edəcək "Keşlə" hazırlıq üçün Şamaxıya yollanıb

Azərbaycanı avrokubokda təmsil edəcək "Keşlə" hazırlıq üçün Şamaxıya yollanıb

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Keşlə" bu gündən təlim-məşq toplanışına başlayacaq.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bunun üçün Şamaxıya yollanıb.

Karantin rejiminin tətbiq edilmədiyi bölgələrdə hazırlıq keçmək icazəsi verildiyindən, baş məşqçi Tərlan Əhmədov yetirmələrini Şamaxı Olimpiya İdman Kompleksində hazırlaşdıracaq. Digər avrokubok iştirakçılarımız "Qarabağ", "Neftçi" və "Sumqayıt" isə təlim-məşq toplanışını Qəbələdə keçirməyi planlaşdırır.

Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin oyunları avqustun 27-də baş tutacaq.

Mənbə: apa.az