Klopp Almaniya millisində?

Klopp Almaniya millisində?

"Liverpul"un baş məşqçisi Yürqen Kloppun növbəti iş yeri Almaniya millisi ola bilər.

Fanat.Az "Sport Bild"in futbol bölməsinin rəhbəri Kristian Falkın "Twitter" hesabına istinadən xəbər verir ki, Klopp "Liverpul"la müqaviləsi bitdikdən sonra Bundestimi çalışdırmaqda maraqlıdı. Eyni zamanda, Almaniya Futbol İttifaqı da gələcəkdə 53 yaşlı mütəxəssislə əməkdaşlıq etməyi planlaşdırır.

Klopp son açıqlamasında 2024-cü ildə "Liverpul"dan ayrıldıqdan sonra məşqçiliyə bir il fasilə verəcəyini bildirib.

Qeyd edək ki, alman çalışdırıcı 2015-ci ildən "mersisaydlılar"ın başındadı. Onun rəhbərliyi altında komanda Çempionlar Liqası, UEFA Superkuboku və İngiltərə Premyer Liqasının qalibi olub.

Fanat.Az

Mənbə: fanat.az