"Keşlə" Şamaxıya tam heyətlə yollandı

"Keşlə" Şamaxıya tam heyətlə yollandı

Azərbaycanı 2020/21 mövsümündə UEFA Avropa Liqasında təmsil edəcək "Keşlə" komanrası Bakını tərk edib.

Bu barədə

"Report"a klubun Mətbuat xidmətinin rəhbəri Murad Axundov məlumat verib.

Onun sözlərinə görə, dünən koronavirus testindən keçən komanda üzvlərindən heç birində infeksiya aşkarlanmayıb. Tərlan Əhmədovun başçılıq etdiyi kollektiv bu gün səhər saatlarında təlim-məşq toplanışı üçün Şamaxıya yola düşüb. Komanda tam heyətlə sözügedən bölgəyə yollanıb.

Şamaxı Olimpiya Kompleksində məskunlaşan kollektiv məşqlərini də orada edəcək. Paytaxt təmsilçisinin toplanış müddətində yoxlama oyunları keçirəcəyi gözlənilir.

Qeyd edək ki, "Keşlə" koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl dayandırılan Premyer Liqanı 3-cü pillədə başa vurub.

Fanat.Az

Mənbə: fanat.az