"Avropa Liqası Hemiltonun "Formula 2"ni qazanması kimidir" - Mourinyo

"Avropa Liqası Hemiltonun "Formula 2"ni qazanması kimidir" - Mourinyo

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo maraqlı bənzətmə ilə diqqət çəkib.

Offsideplus.az xəbər verir ki, portuqal mütəxəssis UEFA Avropa Liqasını "formula 2" ilə müqayisə edib.

Premyer Liqanın 35-ci turunda "Tottenhem" London derbisində "Arsenal"ı məğlub edərək 8-ci pilləyə - 2-1. Oyundan sonra açıqlama verən Mourinyonu komandasını Avropa Liqasına yüksəltmək istərkən həvəssizliyini də gizlətməyib: "Avropa Liqası Avropanın ən böyük turniri deyil. Çempionlar Liqasını qazanan komanda və baş məşqçi üçün yetərli deyil. Luis Hemiltona "formula 2"ni qazanmaq istədiyi barədə soruşsanız bu ona cəzbedici gəlməyəcək. Ancaq bu da yarışdır və heç bir yerdə oynamamaqdansa, burda oynamaq yaxşıdır".

Mourinyo fikirlərini bu cümlələrlə tamamlayıb: "Önümüzdəki mövsümdə Avropa Liqasında iştirak üçün əlimizdən gələni edəcəyik. Bu turnirdə 2 dəfə iştirak etmişəm və qalib olmuşam. Bunu üçüncü dəfə təkrarlamaq heç də pis fikir deyil".

Mənbə: offsideplus.az