Niderland millisinin sabiq müdafiəçisi vəfat etdi

Niderland millisinin sabiq müdafiəçisi vəfat etdi

"Ayaks"ın və Niderland milli komandasının sabiq müdafiəçisi Vim Surbir 75 yaşında vəfat edib.

Qaynarinfo xbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib. Klub keçmiş müafiəçisinin ölümünə görə təəssüf hissi keçirdiyini bildirib.

Surbir 16 yanvar 1945-ci ildə Eyndhovendə anadan olub. "Ayaks"ın heyətində (1964-1977) 7 dəfə Hollandiya çempionluğunu, 4 dəfə Hollandiya Kubokunu, 3 dəfə Çempionlar Liqasını (Çempionlar Kuboku), 2 dəfə Avropa Super Kubokunu qazanan mərhum futbolçu bir dəfə klublararası dünya çempionluğuna sahib çıxıb. O, daha sonra Almaniyanın "Şalke 04", ABŞ-ın "Los Ancels Aztecs", Hollandiyanın "Sparta" klublarında oynayıb.

Surbir Niderland millisinin heyətində 60 oyun keçirərək 3 qol vurub. 1974 və 1978-ci illərdə Dünya çempionatının gümüş medallarını qazanan sabiq müdafiəçi 1976-cı iləd Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Camal

 

 

Mənbə: qaynarinfo.az