"İnter”in baş məşqçisi Antonio Konte heyətə bir neçə futbolçu cəlb edilməsini istəyir. Kaspi.az xəbər verir ki, Konte yay transfer dönəmində əsas hədəfləri barədə rəhbərliyə məlumat verib. Onun əsas transfer siyahısında 3 futbolçunun adı var. Konte "Çelsi”nin 2 futbolçusu – Kante və Emersonla yanaşı, "Barselona”nın oyunçusu Vidalı da "İnter”də görmək istəyir. O, məşqçi karyerası ərzində bu 3 futbolçu ilə işləyib və onların potensialına bələddir.
Mənbə: kaspi.az