"Mançester Siti" ÇL-də iştirak edəcək - Qadağa ləğv olundu

"Mançester Siti" ÇL-də iştirak edəcək - Qadağa ləğv olundu

İdman Arbitraj Məhkəməsi (CAS) "Mançester Siti"nin avrokuboklarda iştirakı ilə bağlı müsbət qərar qəbul edib.

Fanat.Az "Independent"in jurnalisti Miqel Delaninin "Twitter" hesabına istinadən xəbər verir ki, "Siti"nin apellyasiya müraciəti qəbul olunub və klubun lehinə qərar verilib. Beləliklə, "şəhərlilər" növbəti mövsüm Çempionlar Liqasında mübarizə apara biləcək. Mançester təmsilçisinin cəriməsi isə 10 milyon avroya qədər endirilib.

UEFA fevral ayında maliyyə feyr-pleyi qaydalarını pozduğunu əsas gətirərək Mançester təmsilçisini iki il müddətinə avrokuboklardan uzaqlaşdırmış və 30 milyon avro dəyərində cərimələmişdi.

Qeyd edək ki, MS artıq Çempionlar Liqasına vəsiqəni təmin edib.

Fanat.Az

Mənbə: www.fanat.az