4 il də işləyəcək, 1 il istirahət edəcək

4 il də işləyəcək, 1 il istirahət edəcək

"Liverpul”un baş məşqçisi Yurgen Klopp gələcək planı barədə danışıb. Kaspi.az xəbər verir ki, Klopp hələ 4 il də "Liverpul”da qalmağı planlaşdırdığını bidlirib. O, karyerasının sonunda Almaniyaya qayıtmaq niyyətində olduğunu vurğulayıb: "Karyeramın sonunda Almaniyaya qayıtmağı qətiləşdirmişəm. Böyük ehtimalla, "Maynts”a. Yaxın gələcək üçün plan? 4 il də "Liverpul”da çalışmaq. Daha sonra isə 1 il istirahət etməyi düşünürəm. Həmin 1 ildə nə istəyirəmsə, onu da edəcəyəm. Daha sonra isə hansısa klubda və ya yığmada çalışmaq. Ola bilsin ki, heç işləmədim. Beş il ərzində dünya çox dəyişə bilər”. Klopp "Liverpul”da 2015-ci ildən çalışır.

Mənbə: kaspi.az