Mourinyu Avroliqanı "Formula 2" ilə müqayisə etdi

Mourinyu Avroliqanı "Formula 2" ilə müqayisə etdi

"Tottenhem"in baş məşqçisi Joze Mourinyu Avropa Liqası haqda fikirlərini bölüşüb.

Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, Mourinyu Avroliqanı "Formula 2"-yə bənzədib:

"Avopa Liqası ən önəmli avrokubok deyil. İkinci dərəcəli turnirdən söhbət gedir. Lyuis Hemiltondan "Formula 2" və ya "Formula 3000", hər nə ad qoyursunuzsa qoyun, onun qalibi olmaq istəyib-istəmədiyini soruşun. İnanmıram ki, onun xəyalı belə bir şey olsun.

Bununla belə, Avroliqa da turnirdi. Heç yerdə oynamamaqdansa AL-də iştirak etməyə üstünlük verərəm. Məncə, "Tottenhem" bu turnirdə qalib olmağa "yox" deməz. "Mançester Yunayted" Çempionlar Liqasını düşünən böyük klub olsa da, Avropa Liqasında oynadıq və çempion olduq.

Məncə, "Tottenhem" növbəti mövsüm Avropa Liqasında iştirak etmək üçün hər şeyi etməlidi. Biz bunun üçün mübarizə aparmalıyıq".

Qeyd edək ki, 35 turdan sonra aktivində 52 xalı olan "Spörs" Premyer Liqada 8-ci sırada qərarlaşıb.

Fanat.Az

Mənbə: www.fanat.az