Tanınmış həkim stereotipləri qırdı - İdmançılar niyə tez ölür?

Tanınmış həkim stereotipləri qırdı - İdmançılar niyə tez ölür?

Tanınmış həkim-reanimatoloq Şahin Məmmədov idmançıların ömrünün qısa olduğunu bildirib.

Publika.az xəbər verir ki, idman barədə stereotipləri qıran ekspert həddən artıq ağır məşqlərin ürəyi yüklədiyini və mənfi nəticələrə gətirib çıxardığını açıqlayıb:

“İdmançılar kənardan sağlam görünür. Amma hansı idmançı uzunömürlü olub? Bodibilderlər daha tez ölür, qaçış növləri də təxminən eynidir. Futbol da daxil olmaqla, peşəkar idman növləri (döyüş, qaçış tələb olunan) sağlamlığa ziyandır.

İnsana hərəkət etmək lazımdır. Hərəkətsiz qalarsa, qarajda qalmış maşın akkumulyatoru kimi ürəyi yatacaq. Amma həddən artıq fiziki gərginlik də ürəyi darmadağın edir. Ən optimal fiziki məşq hər gün ürək döyüntüsünü 50 faiz artıran və yarım saatdan çox olmayan idmandır. Turnik, ip tullanma, kruq, tennis və s.”.

Aytən Məftun

Mənbə: publika.az