MS İdman Arbitraj Məhkəməsinə təşəkkür etdi - BƏYANAT

MS İdman Arbitraj Məhkəməsinə təşəkkür etdi - BƏYANAT

"Mançester Siti" İdman Arbitraj Məhkəməsinin (CAS) qərarı ilə bağlı bəyanat yayıb.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, bəyanatda qeyd olunub:

"Hələlik "Mançester Siti" və onun hüquq işçiləri İdman Arbitraj Məhkəməsinin (CAS) tam qərarını nəzərdən keçirməyiblər. Bununla belə, "Siti" klubun legitimliyini təsdiqləyən qərarı alqışlayır. Düzgün idarə edilən prosesə görə məhkəmə üzvlərinə təşəkkür edirik".

UEFA fevral ayında maliyyə feyr-pleyi qaydalarını pozduğunu əsas gətirərək "şəhərlilər"i iki il müddətinə avrokuboklardan uzaqlaşdırmışdı. Lakin son olaraq İdman Arbitraj Məhkəməsi MS-nin apellyasiya müraciətini müsbət dəyərləndirib və klubun lehinə qərar çıxarılıb.

Fanat.Az

Mənbə: fanat.az