Üç dəfə penalti vurmaq haqqı qazandılar, heç biri qol olmadı - VİDEO

Üç dəfə penalti vurmaq haqqı qazandılar, heç biri qol olmadı - VİDEO

Rumıniya ikinci liqasında "Petrolul" və "Rapid" arasında oynanılan matçda maraqlı hadisə yaşanıb.

Fanat.Az xəbər verir ki, oyunun gedişində "Petrolul" penalti vurmaq haqqı qazanıb. Nöqtəyə yaxınlaşan Serqiu Arnautunun zərbəsini qolkiper Mihay Popa dəf edib. Lakin zərbə anında 19 yaşlı qapıçının ayaqlarından heç birinin xəttdə olmamasını əsas gətirən referi penaltinin təkrarlanmasını istəyib. Popa etiraz etdiyinə görə sarı vərəqə ilə cəzalandırılıb.

İkinci dəfə penaltini vurmaq "Petrolul"un veteranı Lorentso Marinsekuya tapşırılıb. Amma o da qolkiperlə dueldən məğlub ayrılıb. Popanın bu səfər də ayaqlarının heç birinin qapı xəttində olmamasını bildirən hakim 11 metrlik zərbənin üçüncü dəfə vurulmasını tələb edib. Qərara yenə etiraz edən Popa ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Ardınca "Rapid"in ehtiyat qapıçısı meydana daxil olub. Bu səfər bir zamanlar ölkəmizdə oynamış David Meza Kolli penalti nöqtəsinə yaxınlaşıb. Maraqlısı budur ki, ev sahibləri üçüncü cəhdlərində də dəqiq olmayıblar. Paraqvaylı futbolçunun zərbəsini qapının üstündən keçib.

Oyun 0:0 hesabı ilə başa çatıb.

Fanat.Az

Mənbə: fanat.az