"Barselona" transfer danışıqlarını dayandırdı

"Barselona" transfer danışıqlarını dayandırdı

İspaniyanın "Barselona" klubu İtaliya "İnter"ində çıxış edən Lautaro Martinesin transferi ilə bağlı danışıqları dayandırıb.

101.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin prezidenti Josep Bartomeu yerli mətbuata açıqlamasında bildirib.

İspaniya nəhəngi koronavirus pandemiyası zamanı büdcənin məhdud olması səbəbindən argentinalı hücumçu üçün 111 milyon avro təzminat ödəmək fikrində deyil. Bartomeu qarşıdakı transfer pəncərəsinin tamamilə fərqli olacağını söyləyib: "Barselona" hər zaman transfer bazarının əsas iştirakçılarından biridir. Lautaro barədə danışıqlar dayandırılıb. "İnter" nümayəndələri ilə bir neçə həftə əvvəl danışdıq. Vəziyyəti qiymətləndirmək üçün mövsümün sonunu gözləyirik".

Qeyd edək ki, Lautaro Martines bu mövsüm Milan təmsilçisində 38 oyun keçirib, 17 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: 101.az