"Messi karyerasını bitirdikdən sonra da "Barselona"da qalacaq"

"Barselona"nın prezidenti Jozep Bartomeu Lionel Messinin klubdakı gələcəyindən danışıb.

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Bartomeu Leonun karyerasını bitirdikdən sonra da "Barsa"da qalacağını bildirib:

"Messi ilə tez-tez ünsiyyətdə oluruq. Əvvəl də belə olub, bundan sonra da belə olacaq. O, tarixin ən yaxşı futbolçusudu. Messinin karyerası hələ bir neçə il davam edəcək. Leo əla formadadı.

"Barselona"da qalacağına dair heç bir şübhəm yoxdu. Messi karyerasını bitirdikdən sonra da klubda qalacaq".

Fanat.Az

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

OPEC: Təsdiqlənmiş qlobal neft ehtiyatlarının həcmi artıb

SONRAKI XƏBƏR

Yeni doğulan qızını görməyə gedən ata QƏZADA ÖLDÜ - VİDEO