Semih Kaya klubsuz qaldı

Semih Kaya klubsuz qaldı

Türk futbolçu Semih Kaya "Sparta"dan ayrılıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb. Onun azad agent kimi Praqa təmsilçisini tərk etdiyi vurğulanıb.

Qeyd edək ki, S.Kaya 2017-ci ildə "Qalatasaray"dan 2 milyon avroya "Sparta"ya transfer olunmuşdu.

Mənbə: qol.az