A seriyasında iyunun ən yaxşı oyunçusu seçildi

A seriyasında iyunun ən yaxşı oyunçusu seçildi

İtaliya A seriyasında iyun ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az çempionatın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, "Atalanta"nın kapitanı Alexandro Qomes ötən ayın ən yaxşısı seçilib.

Qeyd edək ki, 32 yaşlı hücumçu iyunda komandasına 3 matçda qələbə qazanmağa kömək edib və 5 qolun ötürməsini verib.

Mənbə: qol.az