Albaniya prezidenti De Byazinin millimizə təyinatından yazdı

Albaniya prezidenti De Byazinin millimizə təyinatından yazdı

Albaniya prezidenti İlir Meta Canni De Byazinin Azərbaycan millisinə baş məşqçi təyin olunmasından yazıb.
Qol.az xəbər verir ki, o, özünün "Feysbuk" səhifəsində Byazi ilə birgə şəklini paylaşaraq bu sözləri yazıb:

"Canni De Byazinin sayəsində Azərbaycanla yeni əlaqələrimiz olacaq. Bu təyinata görə sevindim və ona çoxlu uğur arzulamaqdan məmnumam. Bizim üçün dəyərli olan De Byazini heç vaxt unutmarıq".
Qeyd edək ki, 2011 - 2017-ci illərdə Albaniya yığmasına başçılıq etmiş Canni De Byazi bu komandanı tarixində ilk dəfə 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxarıb.

Mənbə: qol.az