A seriyasının son oyunlarına azarkeşlər buraxıla bilər

A seriyasının son oyunlarına azarkeşlər buraxıla bilər

İtaliya A seriyasında çıxış edən klublar və çempionatın rəhbərliyi son oyunlarda stadiona məhdud sayda azarkeşlərin buraxılmasını istəyir.

Press.az qurumun saytına istinadən xəbər verir ki, A seriyası rəhbərliyi bununla bağlı protokol hazırlayıb İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina vasitəsi ilə hökumətə təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, İtaliya çempionatında mövsümün başa çatmasına 6 tur qalıb.

Mənbə: press.az