Bakı 2025-ci ildə karate üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Bakı 2025-ci ildə karate üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsi 2025-ci ildə böyüklərin Avropa çempionatının Bakıda keçiriləcəyini təsdiqləyib.

Azərbaycan Milli Karate Federasiyasından (AMKF) AZƏRTAC-a verilən məlumata görə, iyulun 13-də komitə üzvlərinin qatıldığı videokonfransda 2021-2025-ci illər təqvim planı bir daha nəzərdən keçirilib, qarşıdakı digər rəsmi yarışların tarixləri təsdiqlənib. İclasda AMKF-in prezidenti Yaşar Bəşirov da iştirak edib.

EKF-in prezidenti Antonio Espinosun sədrliyi ilə keçirilən virtual toplantıda koronavirus pandemiyasının yaratdığı çətinliklər dövründə karatenin vəziyyəti də müzakirə olunub. Tədbirdə, həmçinin, həyat öz axarına düşdükdən sonra inkişaf strategiyasına yenidən baxılacağı da bildirilib.

Mənbə: azertag.az