Reşford PSJ-nin "radar"ında

Reşford PSJ-nin "radar"ında

"Mançester Yunayted"in hücumçusu Markus Reşford karyerasını Fransada davam etdirə bilər.

Fanat.Az "The Independent"ə istinadən xəbər verir ki, PSJ Reşfordla yaxından maraqlanır. Baş məşqçi Tomas Tuhel 22 yaşlı futbolçunun komandasına tam uyğun olduğunu düşünür. MY 100 milyon funtdan artıq təklif alacağı təqdirdə Reşfordu sata bilər.

Cari mövsümdə 38 matçda meydana çıxan ingilis forvard 21 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: fanat.az