Hazardın yarım milyonluq avtomobili - Şəkillər

Hazardın yarım milyonluq avtomobili - Şəkillər

"Real"ın futbolçusu Eder Hazard avtomobil kolleksiyasiyasına daha birini əlavə edib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, son olaraq özünə 500 min avroya Lamborghini Aventador SVJ alıb.
Belçikalı yarmmüdafiəçinin aldığı avtomobil "Real" azarkeşlərinin sevimli rəngi olan ağ rəngdədir. O, komandanın məşqinə sözügedən avtomobillə gedib.

Qeyd edək ki, Hazardın Mercedes-Benz AMG GTR, Audi R8 V10, BMW X6, Audi RS4 Avant, Range Rover, Aston Martin Vanquish və Mercedes C Class avtomobilləri var.

Mənbə: qol.az