Klopp "Siti"nin ÇL qadağasının ləğvinə sevindi: "Yoxsa heç kimin çempionluq şansı olmayacaqdı"

Klopp "Siti"nin ÇL qadağasının ləğvinə sevindi: "Yoxsa heç kimin çempionluq şansı olmayacaqdı"

"Liverpul"un baş məşqçisi Yürqen Klopp İdman Arbitraj Məhkəməsinin (CAS), "Mançester Siti"nin avrokuboklardan uzaqlaşdırılmasına dair qərarı ləğv etməsinə münasibət bildirib.

Fanat.Az "Athletic"in jurnalisti Ceyms Pirsin "Twitter" hesabına istinadən xəbər verir ki, Klopp qərara sevindiyini bildirib:

"Şadam ki, "Siti" Çempionlar Liqasında oynaya biləcək. Növbəti mövsüm 10-12 oyun az keçirsələr, Premyer Liqada çıxış edən klubların çempionluq şansı olmayacaqdı".

Fanat.Az

Mənbə: fanat.az