Kloppdan "Siti"nin cəzasının ləğv olunmasına münasibət

Kloppdan "Siti"nin cəzasının ləğv olunmasına münasibət

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Mançester Siti"yə verilən 2 mövsümlük Çempionlar Liqasında kənarlaşdırılma cəzasının ləğvinə münasibət bildirib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Mançester Siti"nin Çempionlar Liqasında oynaya biləcəyinə şadam. Əgər növbəti mövsüm 10-12 oyun az olsaydı, digər Premyer Liqa komandaların qalib olmaq şansı olmazdı".

Qeyd edək ki, İdman Arbirtaj Məhkəməsi dünən "Mançester Siti"nin cəzasını ləğv edib.

Mənbə: qol.az