"Atalanta"nın forvardı hovuzda zədə aldı

"Atalanta"nın forvardı hovuzda zədə aldı

"Atalanta"nın hücumçusu Luis Muryel zədə alıb.

Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, 29 yaşlı oyunçu komanda yoldaşları ilə hovuzda istirahət edərkən ehtiyatsızlıqdan yıxılıb və başı yarılıb.

Dərhal xəstəxanaya çatdırılan oyunçunun başına tikiş qoyulub. Xoşbəxtlikdən onun kəllə-beyin travması almadığı müəyyənləşib.

Futbolçunun "Breşi"a ilə bu gün keçiriləcək ev oyununda meydana çıxmayacağı bildirilib.

Fanat.Az

Mənbə: fanat.az