Lovren "Liverpul"dan ayrılır? - Kloppun açıqlaması

Lovren "Liverpul"dan ayrılır? - Kloppun açıqlaması

"Liverpul"un baş məşqçisi Yürqen Klopp Deyan Lovrenin klubdakı gələcəyindən danışıb.

Fanat.Az "Athletic"in "Liverpul" üzrə müxbiri Ceyms Pirsin "Twitter" hesabına istinadən xəbər verir ki, Klopp xorvat futbolçunun komandanın vacib üzvlərindən biri olduğunu bildirib:

"Bir neçə dəfə zədə alsa da, Deyan "Liverpul"un heyətində əla oyunlar keçirib. O, komanda üçün vacib futbolçudu.

Bizim dörd mərkəz müdafiəçimiz var və həmişə onların hamısına ehtiyacımız olur. Lovren güvəndiyimiz oyunçulardandı. Artıq sözə ehtiyac yoxdu. Deyan "Liverpul"un futbolçusudu və o, bizə lazımdı".

Daha əvvəl "Zenit"in Lovrenlə anlaşdığına dair xəbərlər yayılmışdı.

Fanat.Az

Mənbə: fanat.az