Millimizin sabiq üzvü: “Qadağaya baxmayaraq, Norveçdə aprel şəhidlərini yad etdim” - VİDEO

Millimizin sabiq üzvü: “Qadağaya baxmayaraq, Norveçdə aprel şəhidlərini yad etdim” - VİDEO

“Aprel döyüşləri zamanı Avropa çempionatında mənə məşqçilərim dedilər ki, bu çəkini qaldırsan, medal sənindir. Hakimlər də mənə bildirdi ki, iştirakından sonra hərbiyə aid nəsə hərəkət etsən, səni yarışdan kənarlaşdıracağıq və medal qazansan da o, əlindən alınacaq”.

milletinsesi.info xəbər verir ki, bunu ağırlıqqaldırma üzrə millimizin sabiq üzvü Elmar Əliyev deyib.

O, 2016-cı ilin aprelin 8-16-sı tarixlərində Norveçin Förde şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında 56 kq çəki dərəcəsində yarışıb. O, təkanla qaldırma hərəkətində əvvəlcə 130, sonra 133, sonda isə 136 kiloqramın öhdəsindən gəlib. Bununla o, təkanla qaldırma hərəkətində Avropa çempionatının kiçik bürünc medalına sahib çıxıb.

Ötən il dopinqə düşdüyü üçün dörd illik cəzalandırılan və bununla da idmançı karyerasını başa vuran Elmar Əliyev Norveçdə olan həmin tarixi hadisəni belə xatırlayıb:

“Mən hakimlərə məhəl qoymadım. Yanaşmamı bitirdim, nəticəmi etdim ve heç nəyi fikirləşmədən şəhidlərimizi yad etdim. İndi də şəhid olan qardaşlarımız üçün nə lazım olsa edərik ve qanlarını yerdə qoymarıq. Allah şəhidlərimizə rəhmət eləsin!”

Mənbə: milletinsesi.info