"Barselona"nın ulduzuna İngiltərə klublarından təklif

"Barselona"nın ulduzuna İngiltərə klublarından təklif

"Barselona" 2018-ci ildə "Liverpul"dan transfer etdiyi Filipp Koutinyonu satmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, hazırda icarə əsasında "Bavariya"da çıxış edən "sambaçı"ya İngiltərənin iki klubundan təklif var.

Sözügedən komandalar "Arsenal" və "Nyukasl Yunayted"dir.

28 yaşlı yarımmüdafiəçini sıralarına qatmaq üçün ən real namizəd isə "Nyukasl"dır.

Mənbə: offsideplus.az