Umtiti “Barselona”nı tərk edəcək

Umtiti “Barselona”nı tərk edəcək

Fransalı müdafiəçi Samuel Umtiti “Barselona”nı tərk edəcək və karyerasını İtaliyada davam etdirəcək.

XeberOxu.Az Vesti.ru-ya istinadən verdiyi məlumata görə, 26 yaşlı dünya çempionu ilə A seriyasının dörd klubu maraqlanır.

“Berselona” klubu futbolçunun başqa komandaya keçməsinə etiraz etməyib. Klub rəhbərliyi Umtitinin uğursuz mövsüm keçirdiyini bildirib.

Qeyd edək ki, son mövsümdə Umtiti zədə səbəbindən bir çox qarşılaşmaları buraxmalı olub.

Hazırda “Latsio”, “Roma”, “Napoli” və “Torino” fransalı müdafiəçisini transfer etmək istəyir.

 

Mənbə: www.xeberoxu.az