"Çelsi"dən qələbə

"Çelsi"dən qələbə

İngiltərə Premyer Liqasında 36-cı tura start verilib.

Qol.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Çelsi" doğma meydanda "Norviç"i qəbul edib və minimal hesabla qalib gəlib - 1:0.

"Çelsi" - "Norviç" - 1:0
Qol: Jiru, 45

Bu qələbə ilə xalını 63-ə yüksəldən London klubu turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Çempionluğu rəsmiləşdirən "Liverpul"un 93, 2-ci pillədə olan "Mançester Siti"nin 72 xalı var.

Mənbə: qol.az