İsrailli futbolçudan şəhid olan generalımızla bağlı paylaşım

İsrailli futbolçudan şəhid olan generalımızla bağlı paylaşım

"Sumqayıt"la müqaviləsi başa çatan israilli futbolçu Əmir Ağayev Azərbaycan ordusuna dəstəyini nümayiş etdirib.

Cebhe.info xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.

Ə.Ağayev şəhid olan general-mayor Polad Həşimovun şəklini paylaşaraq "Azərbaycan əsgəri ilə səngərdə çiyin-çiyinə vuruşan generallarımızla fəxr edirik", - sözlərini yazıb.

Xatırladaq ki, ötən gün səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər nəticəsində general-mayor Polad Həşimov şəhid olub.

Naibə
Cebhe.info

Mənbə: cebhe.info