Yeni mövsümün başlama vaxtı açıqlandı

Yeni mövsümün başlama vaxtı açıqlandı

Braziliya çempionatında yeni mövsümün təqvimi müəyyənləşib.

Qol.az xəbər verir ki, sözügedən ölkədə mövsümə avqusun 8-də start veriləcək. Bu barədə Braziliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Oyunlar həftədə iki dəfə keçiriləcək. Mövsümün 2021-ci ilin fevralında yekunlaşması nəzərdə tutulub.

Mənbə: qol.az