"Zenit"in yetirməsi Azərbaycanda qalır, Ağayevlə razılıq əldə olunmur

"Zenit"in yetirməsi Azərbaycanda qalır, Ağayevlə razılıq əldə olunmur

Rusiyalı futbolçu Cəmaləddin Xocaniyazovun "Sumqayıt"da qalacağı dəqiqləşib.

"Report"un məlumatına görə, hazırda ölkəsində olan 24 yaşlı müdafiəçi 2020/21 mövsümündə də "gənclik şəhəri" təmsilçisinin formasını geyinəcək.

"Zenit"in yetirməsi şəxsi işlərini yekunlaşdırdıqdan sonra yaxın müddətdə Azərbaycana qayıdacaq.

"Sumqayıt" müqaviləsi başa çatan digər futbolçu Əmir Ağayevlə isə danışıqları yekunlaşdırmayıb. İsrailli yarımmüdafiəçi "gənclik şəhəri"ndə qalmağın tərəfdarıdır. Lakin tərəflər maliyyə məsələlərində razılaşa bilmir.

Qeyd edək ki, Cəmaləddin Xocaniyazovun klubla daha bir illik müqaviləsi var, Əmir Ağayevin sözləşməsi ilə başa çatıb.

"Sumqayıt" koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl dayandırılan Premyer Liqanı 23 xalla 4-cü pillədə başa vuraraq, tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanıb. "Gənclik şəhəri" təmsilçisi hələlik Şəhriyar Əliyev, Aleksey İsayev, Sərtan Taşkın, Peyman Babayi və Mehdi Şərifi ilə yollarını ayırıb.

Fanat.Az

Mənbə: fanat.az