"Milan" heyətini müdafiəçi ilə gücləndirdi

"Milan" heyətini müdafiəçi ilə gücləndirdi

Simon Kyer karyerasını "Milan"da davam etdirəcək.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "Milan" Kyerin transfer haqlarını "Sevilya"dan alıb. 31 yaşlı müdafiəçi ilə 2022-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb.

Transfer qiyməti barədə rəsmi məlumat verilmir.

Kyer yanvarda icarə əsasında "Milan"a qoşulmuşdu. Danimarkalı futbolçu "qırmızı-qaralar"ın heyətində 9 matç keçirib.

Fanat.Az

Mənbə: fanat.az