"Mançester Siti"nin transfer hədəfi "Real" və ya "Barselona"da oynamaq istəyir

"Mançester Siti"nin transfer hədəfi "Real" və ya "Barselona"da oynamaq istəyir

"Bavariya"nın müdafiəçisi David Alaba gələcəyi ilə bağlı qərar verib.

Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, Alaba karyerasını İspaniyada davam etdirmək istəyir. "Mançester Siti"nin marağına baxmayaraq, 28 yaşlı futbolçunun "Real" və ya "Barselona"da oynamaq niyyətində olduğu bildirilir.

2019-20 mövsümündə 38 oyunda meydana çıxan Alabanın aktivində 2 qol və 2 məhsuldar ötürmə var.

Fanat.Az

Mənbə: fanat.az