Cüneyt Çakır ÇL-in "Səkkizlər finalı"nda

Cüneyt Çakır ÇL-in "Səkkizlər finalı"nda

Türkiyəli referi Cüneyt Çakır bu mövsüm Çempionlar Liqasının "Səkkizlər finalı"nda təyinat alacaq.

Press.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "səkkizlər finalı"na ev sahibliyi edəcək Lissabonda iş başında olacaq hakimlər sırasında onun da adı var.

Qeyd edək ki, ÇL-də 1/4 finaldan başlayaraq bütün matçlar 12-23 avqust tarixlərində Lissabonda keçiriləcək.

Mənbə: press.az