Olimpiada-80-nin çempionu yığma komandadakı dostluqdan danışdı: Bir kasadan yeyirdik

Olimpiada-80-nin çempionu yığma komandadakı dostluqdan danışdı: Bir kasadan yeyirdik

Olimpiada-80-nin medalçısı Yuri Salnikov: Yığmada ömürlük dostluq yaranır. Orduda olduğu kimi bir kasadan yeyir, kədər və xoşbəxtliklərini bölüşürlər.

BAKI, 15 iyul — Sputnik, Mariya Naumenko. 1980-ci ildə Moskvada keçirilən XXII Olimpiya Oyunlarında Atçılıq üzrə sovet idmançısı Yuri Salnikov bürünc medal qazanıb və komanda birinciliyində Olimpiya çempionu olub. Sputnik-in müxbiri ilə müsahibəsində SSRİ-nin Əməkdar idman ustası Yuri Qriqoryeviç Oyunların bağlanış mərasimində niyə iştirak etmədiyi, atletlərin Olimpiya kəndində necə vaxt keçirdiyi və hazırda nə ilə məşğul olduğu barədə danışıb.

Yarışın nəticəsinə həm idmançı, həm də at cavabdehdir.

Yuri Salnikov iddia edir ki, 1980-ci il Moskva Olimpiadası yüksək səviyyədə hazırlanmışdı.

"Mənim müqayisə etmək üçün nələrimsə var idi. 1976-cı ildə Münhendə törədilmiş terror aktından sonra idmançıların mühafizə edildiyi Olimpiya kəndi artıq kənar şəxslər üçün bağlananda Monreal Olimpiadasında iştirak etmişəm. Moskva Olimpiadasında da kəndə keçid yalnız üstündə adın yazıldığı nişan (beyc) və metalaxtaranlar vasitəsilə mümkün idi", - Salnikov deyir.

İdman ustası danışır ki, Oyunlar dövründə hər səhər atla məşq və onun müayinəsi ilə başlayırdı.

"Mən ilk növbədə tövləyə gəlir, onun qidanın hamısını yeməsi üçün axura baxdım. Ata qənd və yerkökü verirdim, o da məmnuniyyətlə yeyirdi. Gözlərinə baxırdım – aydın idi. Deməli, heyvan sağlamdır və işləmək istəyir", - deyə çapar bildirir.

Salnikov qeyd edir ki, atın vəziyyəti son dərəcə vacibdir, çünki o, onun "tərəfdaşıdır", onunla birlikdə yarışlarda nəticə göstərir.

Müxtəlif ölkələrin idmançıları həmişə ümumi dil tapacaqlar

İdmançıların boş vaxtı olanda, onlar asudə vaxtlarını müxtəlif cür keçirmək imkanı əldə edirdilər. Çünki Olimpiya kəndində çoxlu əyləncə var idi: kinoteatrlar, tennis masaları, bir çox mağazalar, məsələn, Puma və ya Adidas, hansı ki, onlardan nə isə tapmaq olardı.

"İstirahət zonası var idi, orada dərin kresloya batmaq, qulaqcıqları taxmaq və sevdiyin musiqini sifariş etmək mümkün idi. Hələ kinoteatra filmlərə baxmağa getmişdim", - deyə Yuri Qriqoryeviç xatırlayır.

Günün sonunda idmançılar digər ölkələrdən olan komanda üzvləri ilə bir araya gəlməyi sevirdilər, ünsiyyət qururdular və nişanlarını dəyişirdilər.

"Biz bolqarlarla, polyaklarla, italyanlarla dostluq edirdik, görünür, onların atları da bizim tövlədə dayanmışdı. İdmançı həmişə ünsiyyət qurmağın yolunu tapacaq: biri pozuq ingilis dilində danışırdı, xaricilərdən biri rus dilini bilirdi, bəzən isə jestlər və üz ifadələri ilə ümumi dil tapırdılar", - deyə Salnikov bildirir.

İdmançı Olimpiya kəndində yeməklərin dadlı və müxtəlif olduğunu xüsusilə qeyd edir.

"Yeməkxanada hər şey var idi: balıq, kolbasa, müxtəlif şirələr, dondurma və peçenye. Talonlarımızı idman həkimimiz Andrey Pyatkinlə bölüşürdük, bəzən məşqdə yubanırdıq, nahara yetişmirdik və birlikdə yeməyə gedirdik. Biz həkimimizi çox sevirdik və hörmət edirdik", - deyə çapar vurğulayır.

Yuri Salnikov

Olimpiya ayısının uçuşunu televiziyada izləyib.

Yuri Qriqoryeviç bütün idmançıların 1980-ci ildə aldığı Olimpiya formasını xatırlayır.

"Olimpiadanın açılışında biz köynək və qalstuklarda yürüş edirdik – gözəl idi. Deyəsən, onları hansısa fin firması tikirdi. Yaxşı kostyumlar idi", - Salnikov deyir.

Yarışlar zamanı Salnikovun yaxınlarından heç biri tribunalarda iştirak edə bilmədi: həyat yoldaşı uşaqla doğma Rostovda qaldı.

"Doğmaları tribunalarda oturmurdu, amma bizi bütün ölkə dəstəkləyirdi, yaxınlarım isə mənə görə evdə narahatlıq keçiridilər", - deyə çapar bildirir.

80-ci ildə Salnikov oyunların başa çatmasını gözləmədi və yarışlar qurtaran kimi növbəti gün Vətənə uçdu.

"Mən evə getmək, sakitləşmək, artıq heç bir yük götürməmək istəyirdim. Mən bir il ailəmlə olmamışdım. Olimpiya ayısının uçuşunu artıq televiziyada izlədim. Bir qədər təəssüflənirdim ki, Oyunların bağlanış mərasimində şəxsən iştirak etmirəm, amma yenə də ürəyimdə hesab edirdim ki, düz etmişəm, çünki doğmalarım yanımda idi", - deyə idmançı xatirələrini bölüşüb.

O, öz mükafatlarına "evə lazım olan hər şeyi" aldığını, lakin artıq ailənin avtomobili olduğu üçün, bircə avtomobil ala bilmədiyini söyləyib.

"Vilayət rəhbərliyi sonra qələbəmizi qeyd etdi, bizi administrasiyaya dəvət etdi. Hansısa hədiyyələr, təntənəli görüşlər, hökumət teleqramları var idi - mən hətta onları saxlamışam. Bu günə qədər də vilayətin qubernatoru hər il məni ad günüm münasibətilə təbrik edir", - Salnikov deyir.

Yuri Salnikov

Yığmada ömürlük dostluq yaranır

Yuri Qriqoryeviç bu günə qədər SSRİ olimpiya komandasının üzvləri ilə əlaqə saxlayır.

"Yığmada ömürlük dostluq yaranır. Bu, orduda olduğu kimidir - bir kasadan yeyir, kədər və xoşbəxtliklərini paylaşırdılar", - deyir.

İdmançı digər çaparlardan Valeri Volkov, Aleksandr Blinov, Viktor Kalinin və Nikolay Korolkovla əlaqə saxlayır. Sonuncu ilə onlar tez-tez Rostov vilayətində keçirilən yarışlarda görüşürlər və bayramlarda bir-birlərini təbrik edirlər.

Yuri Qriqoryeviç 11 il müasir beşnövçülük və 4 saylı atçılıq idmanı üzrə Rostov vilayəti ali idman ustalığı məktəbinin direktoru olub. Sonra "Lider" atçılıq idman klubunda baş məşqçi işləyib. İndi isə "Harmoniya" atçılıq idman klubunda çalışır.

Mənbə: sputnik.az