"Atletiko" Tomas Parteylə bağlı qərarını verdi

"Atletiko" Tomas Parteylə bağlı qərarını verdi

"Atletiko" Tomas Parteyin müqaviləsini uzatmağı planlaşdırır.

Fanat.Az "Ghana Soccer Net"ə istinadən xəbər verir ki, rəhbərlik Parteyə yeni sözləşmə təklif etməyə hazırlaşır. 27 yaşlı futbolçu təklifi qəbul edəcəyi təqdirdə həftəsinə 130 min funt qazanacaq. Bununla yanaşı, onun sərbəstqalma məbləği 43 milyon funtdan 87,2 milyona qalxacaq.

Parteyin hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Daha öncə qanalı yarımmüdafiəçinin "Arsenal"a keçəcəyinə dair xəbərlər yayılsa da, o, "Atletiko"da qalmaq qərarına gəlib.

Fanat.Az

Mənbə: fanat.az