Premyer Liqa klubu "Real"ın oyunçusuna "elçi düşüb"

Premyer Liqa klubu "Real"ın oyunçusuna "elçi düşüb"

"Real"ın müdafiəçisi Serxio Reqilon komandadan ayrıla bilər.

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, "Everton" Reqilonla ciddi şəkildə maraqlanır. Premyer Liqa klubu 23 yaşlı futbolçuya görə "Real"a 18 milyon funt təklif edib.

Reqilon 2019-20 mövsümünü icarə əsasında "Sevilya"da keçirib. 31 matçda meydana çıxan ispan oyunçu 2 qol, 4 məhsuldar ötürmə müəllifi olub.

Mənbə: fanat.az