14-cü dəfə çempion oldular

14-cü dəfə çempion oldular

İsveçrə çempionu müəyyənləşib.

Sport7.az xəbər verir ki, "Yanq Boyz" "Syon" minimal hesabla məğlub edərək növbəti tituluna yiyələnib. Komanda Super Liqanın bitməsinə 1 tur qalmış 2-ci pillədə qərarlaşan "Sankt Qallen" i 5 xal qabaqlayaraq növbəti çempionluğunu qazanıb.

"Gənc oğlanlar" ardıcıl 3-cü titulunu qazanaraq, 14-cü dəfə İsveçrə çempionu olub.

Turnirdə isə ən çox "Qrasshopper" (27), "Bazel" (20) və "Servett" (17) qalib olub.

Sport7.az

Mənbə: sport7.az