“Atletiko” üçün yeni qapıçı

“Atletiko” üçün yeni qapıçı

İspaniyanın “Atletiko” klubu yay “transfer pəncərə”sində qapıçı almağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi “Levante”nin qolkiperi Aytor Fernandesi heyətinə qatmaq niyyətindədir.

29 yaşlı əlcək sahibinin “Levante” lə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Bu səbəbdən “Atletiko” onun keçidi üçün xərcə düşəcək. Yeni transfer əsas qapıçı Yan Oblakla rəqabət aparmalı olacaq.

Qeyd edək ki, Fernandes başa çatan mövsümdə 36 oyun keçirib, bunların beşində qapısını toxunulmaz saxlayıb.

Mənbə: lent.az