Superliqa klubunda braziliyalı baş məşqçi

Superliqa klubunda braziliyalı baş məşqçi

Türkiyənin "Gənclərbirliyi" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az Superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanı Mert Nobre çalışdıracaq. 39 yaşlı braziliyalı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Türkiyədə "Fənərbaxça", "Beşiktaş", "Ərzurumspor" klublarında çıxış etmiş Mert Nobrenin son komandası məhz "Gənclərbirliyi" olub.

 

Mənbə: qol.az