"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi "Valensiya"nın baş məşqçisi oldu

"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi "Valensiya"nın baş məşqçisi oldu

"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi Ruben Sellesin karyerasını İspaniyada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, bu barədə ispan mütəxəssis özü məlumat verib.

Ruben Selles bildirib ki, "Valensiya"nın U-18 komandasının baş məşqçisi təyin olunub. 37 yaşlı məşqçi gələcəkdə "Valensiya"nın əsas komandasının baş məşqçisi olmaq istədiyini bildirib: "Rəhbərliklə belə razılığa gəldik ki, gələcəkdə şərait yaranarsa, problemsiz irəliyə doğru addım ata bilərəm. İndi isə səbirsizliklə "Valensiya"nın istedadlı gəncləri ilə işləməyi gözləyirəm".

Qeyd edək ki, Ruben Selles 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da baş məşqçilərin köməkçisi vəzifəsi olub. O son olaraq Danimarkanın "Orxus" klubunda çalışıb.

Fanat.Az

Mənbə: fanat.az