"Başakşəhər"in Avroliqadakı oyununda italiyalı hakimlər

"Başakşəhər"in Avropa Liqasının 1/8 finalında "Kopenhagen"lə cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı İtaliya Futbol Federasiyasından Daniele Orsato idarə edəcək. Ona həmyerliləri Lorenzo Manqanelli və Alessandro Qiallatini köməklik edəcək. David Massa dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki "Kopenhagen" - "Başakşəhər" görüşü avqustun 5-i keçiriləcək. Bu komandalar arasında İstanbuldakı ilk qarşılaşmada Türkiyə klubu 1:0 hesabı ilə qalib gəlib.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Kürdəmir sakinindən külli miqdarda narkotik vasitə aşkarlanıb

SONRAKI XƏBƏR

Australiya COVİD-19-a görə Viktoriya ştatında məhdidiyyətləri daha 6 həftə uzadır