Türkiyənin UEFA Avropa Liqasındakı yeganə təmsilçisi olan “Başakşəhər” “Kopenhagen” komandası ilə qarşılaşma üçün Danimarkaya yollanıb.
Publika.az xəbər verir ki, bu axşam keçiriləcək matçdan əvvəl dincəlmək üçün hotelə yerləşən türk futbolçulara rəqib komanda azarkeşləri rahatlıq verməyib.
Bir qrup “Kopenhagen” azarkeşi gecə saatlarında türklərin qaldığı hotelin həyətində atəşfəşanlıq təşkil edib. Onlar “Başakşəhər” futbolçularının otaqlarına doğru fişənglər tuşlayıb.
Zümrüd
Mənbə: publika.az