Quardiola və Mourinyunu qabaqladı, ayın məşqçisi seçildi

Quardiola və Mourinyunu qabaqladı, ayın məşqçisi seçildi

İngiltərə Premyer Liqasında iyul ayının ən yaxşı baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, "Sauthempton"un baş məşqçisi Ralf Hazenhüttl mükafata layiq görülüb. Onun komandası iyul ayında 3 qələbə qazanıb, 3 görüşdə isə bərabərliyə razı olub.

Hazenhüttl analoji mükafatı qazanan ilk avstriyalı məşqçidi. 52 yaşlı mütəxəssis Pep Quardiola ("Mançester Siti"), Ule-Qunnar Sulşer ("Mançester Yunayted"), Joze Mourinyu ("Tottenhem") və Deyvid Moyes ("Vest Hem") kimi namizədlərini qabaqlayıb.

Fanat.Az

Mənbə: fanat.az