Komandası 6 oyunda uduzmadı, ən yaxşı məşqçi seçildi

Komandası 6 oyunda uduzmadı, ən yaxşı məşqçi seçildi

İngiltərə Premyer Liqasında iyul ayının ən yaxşı baş məşqçisi məlum olub.

Qol.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, bu, “Sauthempton”un çalışdırıcısı Ralf Hasenhüttldür.
Qeyd edək ki, Ralfın komandası Premyer Liqada iyulda keçirdiyi 6 oyunda məğlub olmayıb. Mövsümü 11-ci pillədə tamamlayan kollektiv son 6 görüşün 3-də qalib gəlib, 3-də heç-heçə edib.

Mənbə: qol.az