"Atletiko" "Real"ın futbolçusunu almaq istəyir

"Atletiko" "Real"ın futbolçusunu almaq istəyir

"Atletiko" "Real"ın yarımmüdafiəçisi Xames Rodriqesi transfer etmək istəyir.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klubun kolumbiyalı oyunçu üçün 10-15 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, X.Rodriqes La Liqada son mövsüm 8 matçda 1 qol vurub.

Mənbə: qol.az